10 Mart, 2011
Macarıstan “Eurovision-2011” müsabiqəsində təmsilçsini müəyyənləşdirib

Bir illik fasilədən sonra Macarıstan yenidən “Eurovision”a qayıdıb

APA-nın müsabiqənin rəsmi saytına istinadən yaydığı məlumata görə, ölkəni mayda Almaniyada keçiriləcək yarışmada Keti Volf təmsil edəcək. O, Düsseldorf səhnəsində “What About My Dreams” mahnısını oxuyacaq. 

Keti Volf karyerasına “X-Factor” mahnı müsabiqəsinin macar versiyasında iştirakı ilə başlayıb. O, ifa edəcəyi mahnı haqqında belə deyir: ”What About My Dreams” mahnısı 80-ci illərin pop əhval-ruhiyyəsindədir. Bu mahnını çox sevirəm və ümid edirəm ki, “Eurovision”nun 100 milyona yaxın izləyicisi də bu mahnını çox bəyənəcək”.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!