26 Aprel, 2014
Bu domen 3,6 milyon dollara satıldı

Çinin Xiomi şirkəti iki hərfli Mi.com domeninə 3,6 milyon dollar xərcləyib.

Bu haqda China Daily internet nəşri yazıb.

Xatırladaq ki, bundan əvvəl Whisky.com domeni 3,1 milyon dollara, Vodka.com domeni isə 3 milyon dollara satın alınıb.

Simsar.az ICTnews-a istinadən bildirir ki, Xiomi şirkətinin nümayəndələrinin fikrincə, Mi.com domeni istifadəçilər üçün rahat və yaddaqalandır.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!