10 Mart, 2011
Bəylər Eyyubov “Vətənə xidmətə görə” orden aldı

Prezident sərəncam imzalayıb

Prezident İlham Əliyev general-leytenant Bəylər Həsən oğlu Eyyubovun 1-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilməsi haqqında sərəncam imzalayıb. 

Simsar.az Prezidentin mətbuat xidmətinə istinadən xəbər verir ki, Azərbaycan Respublikasına sadiqliyinə, vəzifə borcunu ləyaqətlə və vicdanla yerinə yetirdiyinə, dövlət mühafizə obyektlərinin və mühafizə olunan obyektlərin təhlükəsizliyini yüksək peşəkarlıqla təmin etdiyinə görə general-leytenant Bəylər Həsən oğlu Eyyubov 1-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilib.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!