10 Mart, 2011
QƏZZAFİ MÜXALİFƏT LİDERİNİ TUTANA 500 MİN DİNAR VERƏCƏK

Əbdül Cəlili haqqında məlumat verəni isə 200 min dinar pul mükafatı gözləyir

Liviyanın 42 illik diktatoru Muəmmar Qəzzafi müxalif qrupların yaratdığı Liviya Milli Şurasının başçısı, keçmiş ədliyyə naziri Mustafa Əbdül Cəlilin ələ keçirilməsinə görə 500 min dinar (təqribən 318643.91 AZN) vəd edib.(AA) Cəlili haqqında hər hansı məlumatı verən şəxsi isə 200 min dinar (129908.62 AZN) məbləğində pul mükafatı gözləyir. 
Qeydedək ki, ölkənin keçmiş baş nazirinin başçılıq etdiyi Liviya Milli Şurası Qəzzafiyə martın 8-də 72 saat vaxt verib. Əgər 72 saat ərzində Qəzzafi istefa verərsə, o zaman ona qarşı istefaya getdikdən sonra güc tətbiq edilməyəcək. Əks təqdirdə, Qəzzafi etdiyi hər bir cinayətə görə cavab verməli olacaq.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!