25 Aprel, 2014
Yaponlar “özüyuyulan” avtomobil buraxdı

Yaponiyanın Nissan avtokonserni dünyada özünü yumağa qadir ilk maşının prototipini təqdim edib.

Simsar.az xəbər verir ki, bu barədə Daily Mail yazıb.

Bu effektə çirkabı lak-boyaq örtüyünə yapışmağa qoymayan xüsusi nano-rəngin köməyi ilə nail olunub.

İnnovasiyalı texnologiyanın tətbiq olunduğu ilk avtomobil Note modelidir. Belə xüsusi rəngin qiymətinin təxminən 750 ABŞ dolları olacağı gözlənilir.

“Nissan Note yuyulmağa ehtiyacı olmayan ilk avtomobildir. Nissan çirki, yağışı və digər gündəlik çirkabları qəbul etməyən innovasiyalı rəngləmə texnologiyasının sınaqlarına başlayıb”, - deyə, konsernin nümayəndəsi vurğulayıb.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!