25 Aprel, 2014
Gəncədə ağır yol qəzası: 2 yaralı

Gəncədə ağır yol nəqliyyat qəzası baş verib.

Simsar.az APA-ya istinadən xəbər verir ki, hadisə Heydər Əliyev prospekti, 32 ünvanında baş verib.

Gəncə şəhər sakini, 23 yaşlı Adil Əliyevin idarə etdiyi “Mercedes” markalı avtomobillə hələ ki, sürücünün kimliyi məlum olmayan “Toyota Prado” markalı avtomobil toqquşub. Zərbənin gücündən “Mersedes” deformasiyaya uğrayıb. Yaxınlıqda olan şəxslərin köməkliyi ilə avtomobildə xəsarət alan iki nəfər çıxarılıb. Onlar sürücü və sərnişin Qəmbər Cabbarlıdır.

Yaralılar dərhal Gəncə şəhər Təcili Tibbi Yardım Xəstəxanasına yerləşdirilib. Onların vəziyyətinin ağır olduğu bildirilir.

Faktla bağlı Gəncə şəhər Baş Polis İdarəsində araşdırma aparılır.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!