25 Aprel, 2014
Bu kadrlar paylaşma rekordu qırır

İki İsrail əsgərinin videosu sosial şəbəkələrdə lağ mövzusuna çevrilib.  

Fələstində tətbiq etdiyi embarqo və saysız-hesabsız qətliamlar törədən İsrail əsgərlərinə aid yeni video sosial şəbəkələrdə paylaşma rekordu qırır. Qərbi Şəriyanın cənubunda yerləşən Əl-Xəlil şəhərində yaşanan qarşıdurmalar vaxtı həvəskar kamera ilə çəkiliş edən bir aktivist komik görüntülərlə rastlaşıb.

İsrailli əsgərlərin bölgədə yaşayan fələstinlilərə qarşı təzyiqlərinə etiraz edən adamlarla yaşadığı qalmaqalda bir eşşəyin iki İsrail əsgərini qovduğu anlar kameralarda belə əks olunub.

Həmin görüntüləri təqdim edirik:

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!