25 Aprel, 2014
Azərbaycanlılar erməni bayrağını yandırdı – FOTO

Türkiyədə yaşayan azərbaycanlılar Ermənistanın bayrağını yandırıblar

Simsar.az xəbər verir ki, ötən gün Ermənistanın paytaxtı İrəvanda türk bayraqlarının yandırılmasında Türkiyədə yaşayan azərbaycanlılardan reaksiya gəldi. Azərbaycan Beynəlxalq Diaspora Mərkəzinin sədri Samir Adıgözəlli türk bayrağının yandırılmasını qınadığını və şəhidlərin qanının hələ qurumadığını bildirib:

“Erməni xalqının türklərə qarşı düşmən və hörmətsizliyinə qarşılıq olaraq, biz də onların bayraqlarını yandırırıq. Bu hörmətsizlik qarşısında səssiz qala bilmərik. 1915–ci il olaylarında ermənilər yaşadıqları ölkəyə xəyanət etdi. Amma bu gün Türkiyəni günahkar bilir.

Baş nazir erməni xalqına başsağlığı verdi. Bu da bizi təəssüfləndirdi. Baş nazir Iğdıra gəlib, kütləvi məzarlıq açaraq, bizə də başsağlığı verməlidir”,- S.Adıgözəlli əlavə edib.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!