25 Aprel, 2014
Nə qədər narkotik vasitə dövriyyədən çıxarılıb? – CAVAB

Ədliyyə Nazirliyi qanunsuz dövriyyədən çıxarılan narkotik vasitələrin miqdarını açıqlayıb

Ədliyyə Nazirliyinin Penitensiar Xidməti tərəfindən 2013-cü il ərzində istintaq təcridxanası, həbsxana və cəzaçəkmə müəssisələrində qanunsuz dövriyyədən çıxarılan narkotik vasitələrin miqdarı və tərkibi açıqlanıb.

Ədliyyə Nazirliyinin Penitensiar Xidməti Ictimaiyyətlə Əlaqələr Şöbəsinin yaydığı məlumata görə, 2013-cü il ərzində 84 halda 452,988 qr narkotik vasitə (151,443 qr heroin, 62,15 qr marixuana, 235,195 qr tiryək, 4,2 qr həşiş qətranı) qanunsuz dövriyyədən çıxarılıb.

Qanunsuz narkotik dövriyyəsi hallarının 51-i məhkumlar, 33-ü görüşə gələn vətəndaşlarla bağlı olub.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!