25 Aprel, 2014
Siyasətçilər yumurta atəşinə tutuldular

Gürcüstan polisi aprelin 25-də Kvarelsk rayonunun adminstrasiya rəhbəri David Kevhişvilini saxlayıb. Simsar.az İnterfaks-a istinadən xəbər verir ki, buna səbəb Kevhişvili və onun tərəfdarlarının müxalifət nümayəndələrini yumurta atəєinə tutmaları olub. Şəhər administrasiyasının və Mixail Saakaşvilinin vaxtında hakim olan partiyanın üzvlərinə hücum etdikləri üçün polis onları saxlayıb. Onlar xuliqanlıqda ittiham olunurlar. 

Mələk Abbaszadə

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!