25 Aprel, 2014
Ramil Səfərovdan Sarkisyana cavab

Ermənilər zabit Ramil Səfərova qarşı təhdidlərini davam etdirirlər. Simsar.az-ın verdiyi məlumata görə, erməni yazar Aykazn Qaqriyan qondarma “erməni soyqırımı” ilə bağlı yazısında “Serj Sarkisyanın Qorik Akopyana xüsusi tapşırıq verməsinə baxmayaraq o, hələ də sağdır” qeydini edib. Görünən budur ki, Ermənistan rəhbərliyi Azərbaycan bayrağını təhqir etdiyi üçün Macarıstanda R.Səfərov tərəfindən öldürülmüş Qurgen Markaryanın qisasını almaq niyyətindən əl çəkməyib.  
Ramil Səfərov isə erməni yazarın fikirlərinə bu cür münasibət bildirib: “Açığı, belə qeyri-ciddi bir məsələyə mən heç bir şərh vermək istəməzdim. Mən əvvəllər də, indi də özümə qarşı erməni tərəfinin səsləndirdiyi hədə-qorxu dolu fikirləri çox eşitmişəm. Silahlı Qüvvələrin zabiti kimi, Azərbaycan vətəndaşı kimi ermənilərin bu cür sayıqlamalarına ümumiyyətlə fikir verməmişəm və indi də bu mövqedəyəm. Mən hazırda xidmət yerindəyəm və gündəlik fəaliyyətlərimizlə məşğuluq. Bir daha bildirirəm ki, bu cür absurd çağırışları ciddi qəbul etmək fikrim yoxdur və mətbuat işçilərini də buna səsləyirəm”.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!