9 Mart, 2011
ABŞ-ın Azərbaycandakı səfiri Müsavat başqanı ilə görüşüb

Metyu Brayza Müsavat Partiyasının başqanı İsa Qəmbər və onun müavini Arif Hacılı ilə görüşüb

Bu gün ABŞ-ın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Metyu Brayza Müsavat Partiyasının başqanı İsa Qəmbər və onun müavini Arif Hacılı ilə görüşüb. Bu barədə APA-ya partiyanın mətbuat xidmətindən məlumat verilib. 

Görüşdə Azərbaycandakı ictimai-siyasi vəziyyət, Dağlıq Qarabağ məsələsi, ölkədə fundamental insan haqları, son günlərdə bir neçə gəncin həbs olunması ilə bağlı fikir mübadiləsi aparılıb.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!