25 Aprel, 2014
Türkiyədə həmyerlimizin rəsmləri sərgilənəcək

Mayın 3-də “Qalereya 1969” sərgi salonunda  Türkiyədə yaşayan azərbaycanlı rəssam Emil Əzizin “Səmanın rəngləri” adlı ilk fərdi sərgisi açılacaq.

Simsar.az  xəbər verir ki, “Arts Council Azerbaijan (“Azərbaycan İncəsənət Konsulluğu”) qeyri-hökumət təşkilatının dəstəyi ilə baş tutacaq sərgi mayın 7-dək davam edəcək.

Sərgidə əsəsən rəssamın müasir cizgilərlə milliliyin vəhdətini təşkil edən əsərləri sərgilənəcək.

Emil Əziz müasir Azərbaycan qadınının obrazını dəblə birləşdirərək kətan üzərində əks etdirir. O, rənglərdən cəsarətlə istifadə edərək əsərlərini bu tərzdə yaradan ilk Azərbaycanlı rəssamdır. Rəsmlərində ilk növbədə qadın gözəlliyi, fantaziya, ironiya və realizmi göstərən Emil Əziz Bakıda keçiriləcək sərgidən sonra həmin əsərləri Türkiyə və digər Avropa ölkələrində də sərgiləmək fikrindədir.

Rəssamın əsərləri indiyək dünyanın bir çox məşhur sənət qalereyalarında nümayiş olunub.

Günel


Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!