25 Aprel, 2014
Lənkəranda toyda qan düşdü

Lənkəranda bıçaqlanma hadisəsi baş verib. Simsar.az-ın verdiyi məlumata görə, hadisə ötən gecə saat 22.30 radələrində rayonun Rvo kəndindəki şadlıq saraylarının birində keçirilən toy məclisində olub.  Kənd sakini, 34 yaşlı Ramin Əzizov şəxsi münaqişə zəminində qohumu və dostu 19 yaşlı İlkin Teymurovu  bıçaqlayaraq hadisə yerindən qaçıb.

İlkinin qan içində olduğunu görən toy iştirakçıları  onu dərhal Lənkəran  Mərkəzi Rayon Xəstəxanasına çatdırıblar. Yaralı təcili əməlliyyat otağına götürülüb və onun üzərində 3 saata yaxın cərrahiyyə əməliyyatı aparılıb. İlkin Teymurovu həyata qaytaran həkimlər bıçaq zərbəsindən onun mədəsinin zədələndiyini bildiriblər.

Lənkəran Şəhər-Rayon Polis Şöbəsinin  əməkdaşları hadisəni törətməkdə şübhəli bilinən Ramin Əzizovun əməliyyat-axtarış tədbirlərinə başlayıblar.

Faktla bağlı araşdırmalar davam etdirilir.

 

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!