24 Aprel, 2014
Azərbaycan prezidenti Polşaya dəvət edildi

Praqada Azərbaycan Prezidenti İlham Əliyevin və Polşa Prezidenti Bronislav Komorovskinin görüşü olub.

Simsar.az-ın verdiyi məlumata görə, aprelin 24-də Praqada Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Polşa Respublikasının Prezidenti Bronislav Komorovskinin görüşü olub.

Görüşdə Azərbaycan ilə Polşa arasında ikitərəfli əlaqələrin yüksək səviyyədə olduğu vurğulanıb və bu əlaqələrin inkişaf etdirilməsinin önəmi qeyd edilib.

Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı fikir mübadiləsi aparılıb. Avropa İttifaqı ilə Azərbaycan arasında əməkdaşlığın perspektivləri müzakirə edilib.

Polşa Prezidenti Bronislav Komorovski dövlətimizin başçısını ölkəsinə səfərə dəvət edib.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!