24 Aprel, 2014
Putinlə Kim Çen In bir siyahıda

“Time” jurnalı ilin ən nüfuzlu 100 adamının siyahısını dərc edib.

Simsar.az-ın məlumatına görə, “Liderlər” kateqoriyasına, o cümlədən Rusiya prezidenti Vladimir Putin, Şimali Koreya lideri Kim Çen In, ABŞ və İran prezidentləri Barak Obama və Həsən Ruhani, Çin rəhbəri Si Tszinpin və Almaniya kansleri Angela Merkel var.

ABŞ-ın keçmiş dövlət katibi Madlen Olbrayt Rusiya liderinin adının siyahıya düşməsinin səbəblərini izah edib.

Diplomatın fikrincə, onun ifrat milliyyətçi instinkti reytinqini qaldırıb, amma bu güclənən təsir ötərgi olacaq. Olbrayt sanır ki, Krımı özünə birləşdirməklə, Rusiya ərazi qazandı, etibar itirdi.

Bəziləri düşünür ki, "Putin Krım məsələsində uddu” deyən siyasətçi bildirib ki, tarix müəyyən məqamda qələbə çalan təcavüzkarlarla doludur ki, sonradan tamamilə iflasa uğrayıb.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!