24 Aprel, 2014
Rauf Mirqədirov ifadə verməkdən imtina edib

Vəkil Fuad Ağayev həbsdə olan jurnalist Rauf Mirqədirovla görüşüb. Bu barədə apa-ya məlumat verən F. Ağayev bildirib ki, R. Mirqədirov ifadə verməkdən imtina edib: “Rauf Mirqədirova ifadə vermək təklif olundu. Lakin o, imtina etdi”.

Vəkil müdafiə etdiyi şəxsin barəsində seçilmiş həbs-qətimkan tədbiri barədə məhkəmə qərarından apellyasiya şikayəti verdiyini deyib.

Qeyd edək ki, “Ayna” və “Zerkalo” qəzetlərinin Türkiyə üzrə müxbiri işləmiş R. Mirqədirov Cinayət Məcəlləsinin 274-cü (dövlətə xəyanət) maddəsi ilə ittiham olunur. Məhkəmə onun barəsində 3 ay müddətinə həbs-qətimkan tədbiri seçib.

 

 

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!