24 Aprel, 2014
Dövlət Bağçalı Ərdoğanı sərt tənqid etdi

Milliyyətçi Hərəkat Partiyasının (MHP) lideri Dövlət Bağçalı baş nazir Rəcəb Tayyib Ərdoğanın 24 aprel münasibətilə verdiyi bəyanatı sərt tənqid edib.

Türkiyə xəbər agentliklərinin verdiyi məlumata görə, MHP lideri baş nazirin bəyanatının çox böyük səhv olduğunu bildirib: “Türkiyədə bəzi dairələr “hamımız erməniyik” deyirdi. İndi baş nazir də “hamımız erməniyik” deməyə başlayıb. Bu, böyük yanlışdır. Ərdoğan prezidentliyə namizədlikdən vaz keçməlidir”.

 

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!