24 Aprel, 2014
Rövnəq Abdullayev: “…enerji təhlükəsizliyinə töhfə olacaq”

“Son illər Azərbaycanın İspaniya şirkətləri ilə əlaqələri  yaranıb. “Texnicas Reunidas” şirkəti ARDNŞ-nin Türkiyədə inşa etdiyi STAR neft emalı zavodu üzrə elan olunmuş  tenderdə qalib gəlib. Həmçinin, İspaniya “Eximbank” da həmin layihəyə cəlb olunub”.

Simsar.az xəbər verir ki bunu  ARDNŞ-nin prezidenti Rövnəq Abdullayev İspaniyanın xarici işlər və əməkdaşlıq naziri Xose Manuel Qarsiya-Marqalyonun rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşündə  deyib.

Rövnəq Abdullayev Azərbaycanın qədim neft diyarı olduğunu və ölkə neftçilərinin dünya neft sənayesinə böyük töhfələr verdiyini bildirib.

“Avropanın enerji təhlükəsizliyi konsepsiyasında Cənub Qaz Dəhlizi layihəsi vacibdir. “Şahdəniz-2” layihəsi Avropanın enerji təhlükəsizliyinə töhfə olacaq”.-R.Abdullayev bildirib.

İspaniyanın xarici işlər və əməkdaşlıq naziri Xose Manuel Qarsiya-Marqalyo ölkələrimiz arasında müxtəlif istiqamətlərdə əlaqələrin inkişaf etdirilməsində enerji əməkdaşlığının əhəmiyyətli rol oynadığını vurğulayıb.

“Azərbaycan mühüm iqtisadi nailiyyətlər qazanıb Azərbaycanın neft-qaz sahəsində həyata keçirdiyi regional və qlobal layihələr böyük  əhəmiyyət daşıyır”.- Xose Manuel Qarsiya-Marqalyo deyib.

Aysel Kərimova

 

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!