24 Aprel, 2014
TQDK: “10 abituriyentin nəticəsi ləğv edilib”

Tələbə Qəbulu üzrə Dövlət Komissiyası aprelin 20-də keçirilmiş sınaq imtahanının nəticələrini aprelin 24-də saat 12:00-dən etibarən elan edib. Komissiyanın mətbuat xidmətindən Simsar.az-a verilən məlumata görə,

sınaq imtahanının nəticələrinə əsasən, imtahanda iştirak etmək üçün qeydiyyatdan keçmiş 49066 abituriyentdən 2981 nəfəri imtahanda iştirak etməyib. İmtahan qaydalarını pozduğu üçün 10 abituriyentin nəticəsi ləğv edilib.

İmtahanda ən yüksək nəticə III ixtisas qrupu üzrə 696 bal olub.

Aysel


Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!