24 Aprel, 2014
Krımlıların səsi Ukraynaya sayılacaq

Danimarkada keçiriləcək “Avroviziya” beynəlxalq mahnı müsabiqəsində krımlıların səsi Ukraynanın səsi kimi hesablanacaq

Simsar.az xəbər verir ki, bu barədə Rusiyanın “Rossiya 1” kanalının mahnı yarışması üzrə prodüseri Gennadi Qoxşteyn məlumat verib.

Onun sözlərinə görə, Rusiya bundan heç də narahat deyil, əksinə, bu, onlara sərf edir: ”Qaydalar belədir ki, iştirakçı ölkənin vətəndaşları öz çıxışçılarına səs verə bilməzlər. Yaranmış indiki vəziyyətdə isə Krım əhalisi Rusiyaya səs verəcəklər. Çünki Krım beynəlxalq qurumlarda hələ də Ukraynanın ərazisi kimi göstərilir”.

Xartırladaq ki, Avroviza yarışmaının ilk yarımfinalı mayın 6 –da keçiriləcək.

 

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!