24 Aprel, 2014
Slavyanskda antiterror əməliyyatı: 5 ölü

Ukraynanın güc strukturları ölkənin şərqində silahlı separatçıların əsas dayaq nöqtəsinə çevrilmiş Slavyanskda antiterror əməliyyatına başlayıb.

Simsar.az-ın verdiyi məlumata görə, əməliyyat zamanı Donetsk vilayətinin Slavyansk şəhərinin şimal-şərqində qanunsuz silahlı dəstələrin 3 blok-postu məhv edilib. Toqquşmalarda 5 terrorçu öldürülüb. Güc strukturlarının 1 əməkdaşı yaralanıb.

Əməliyyat davam edir. Güc strukturlarının əməkdaşlarına helikopterlər dəstək verir.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!