24 Aprel, 2014
“Min bir gecə” baleti Çuvaş səhnəsində

Rusiyanın Çuvaş Respublikasında keçirilən XVIII Beynəlxalq Balet Festivalı böyük Azərbaycan bəstəkarı Fikrət Əmirovun “Min bir gecə” baletinin nümayişi ilə açılıb.
Azərbaycan bəstəkarının bu əsərinin Çuvaş Dövlət Opera və Balet Teatrında premyerası baletmeyster və librettonun müəllifi David Avdışin, quruluşçu rəssam Anna Ustinovanın təqdimatında böyük anşlaqla baş tutub.
Yerli mətbuatın yazdığına görə, səhnəyə ən böyük gül səbətləri Çuvaş Respublikasının rəhbəri Mixail İqnatyevin və regionun Azərbaycan diasporunun adından gətirilib.
Bu gün Fikrət Əmirovun “Min bir gecə” baleti festival çərçivəsində təkrar nümayiş etdiriləcək. Festivalın proqramına Corc Bayronun eyni adlı poeması əsasında səhnələşdirilmiş “Korsar”, Pyotr Çaykovskinin “Sonalar gölü” tamaşaları da daxil edilib.

Günel

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!