24 Aprel, 2014
Ermənilər Ərdoğanı alqışladılar

Amerikada yaşayan ermənilər Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğanın bəyanatından məmnun qalıblar. Simsar.az-ın verdiyi məlumata görə, onlar nazirin ötən günkü açıqlamasını müsbət dəyərləndiriblər, onun bəyanatını alqışlayıblar. 

Bogos Mayramoğlunun sözlərinə görə, bu bir az gecikmiş açıqlama olsa da, gözəldir. Amerikada yaşayan İstanbul erməniləri cəmiyyətinin rəhbərlərindən olan Migirdic Menzilciyan da gələcəkdə türk və ermənilər birlikdə çox gözəl günlər keçirəcəyinə inandığını qeyd edib.

Qeyd edək ki, Ərdoğan qondarma erməni soyqırımının ildönümü ərəfəsində 1915-ci ildə baş verən hadisələr barədə bəyanat yayıb. O, ermənilərin nəvələrinə başsağlığı vermişdi.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!