9 Mart, 2011
Nardaranda etiraz aksiyası keçirilib

Bu gün Bakının Nardaran qəsəbəsindəki “İmam Hüseyn” meydanında etiraz aksiyası keçirilib

Bu barədə APA-ya Nardaran Ağsaqqallar Şurasının sədri Hacı Natiq Kərimov məlumat verib. O bildirib ki, aksiyada AXCP, Müsavat və Azərbaycan İslam partiyalarının nümayəndələri də qatılıb. Aksiyada qəsəbədəki işsizlik, qaz, su, elektrik enerjisi probleminin həlli tələb edilib. Həmçinin, qəsəbədəki sosial-iqtisadi problemlərin həlli istiqamətində işlər görülməsi ilə bağlı Kənd Təsərrüfatı və İqtisadi İnkişaf nazirliklərinə məktub göndəriləcəyi də vurğulanıb.

Aksiyada siyasi şüarlar da səsləndirilib.

Aksiyanın sonunda qətnamə qəbul olunub.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!