9 Mart, 2011
Türkiyəli general Azərbaycana gəlir

Türkiyə Jandarma Baş Komandanlığının baş qərargah rəisi, general-polkovnik Fikrət Demirtaş Azərbaycana gələcək

APA-nın Türkiyədəki hərbi mənbələrə istinadən verdiyi məlumata görə, səfər martın 10-da başlayacaq. Səfər çərçivəsində F.Demirtaşın Azərbaycanda bir sıra görüşləri planlaşdırılır. Generalın həmçinin, Azərbaycan Daxili Qoşunlarının yaranmasının 19-cu ildönümü münasibəti ilə keçiriləcək tədbirlərdə iştirakı nəzərdə tutulur.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!