24 Aprel, 2014
Putin şəkilli sikkələr buraxılacaq - FOTO

Rusiya Dövlət Başçısı Vladimir Putinin Krımı Rusiyaya birləşdirməsinin xatirəsinə gümüş və qızıl pullar hazırlanıb.   “Axar.az” xəbər verir ki, Çelyabinsk bölgəsi Zlataust şəhərində olan "Art-Grani" silah fabrikində təxminən 1 kiloqram ağırlığında çıxarılan metal pulların bir üzündə Putin, digər üzündə Krımın xəritəsi var. Bu xüsusi pullardan yalnız 25 ədəd çıxarılacaq.   Putin və Krım şəkillərindən hazırlanan pulları kolleksiyaçıların və hökumət işçilərinin alması gözlənilir.   Putin adına pul basılması fikri müəssisə müdiri Vladimir Vasyuşinə aiddır.   Qeyd edək ki, Putinin rəsmi daha əvvəl də Ukrayna Mərkəzi Bankının 2006-cı ildə çıxardığı mədən pullar da hədiyyə kimi hazırlanmışdı.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!