24 Aprel, 2014
Şirvan şəhərində zona müşavirəsi keçirilib

Mədəniyyət və Turizm Nazirliyi Şirvan şəhərində uşaq musiqi və incəsənət məktəbləri rəhbərlərinin iştirakı ilə zona müşavirəsi keçirib

Nazirliyin mətbuat xidmətindən Simsar.az-a verilən məlumata görə Biləsuvar, Cəlilabad, Hacıqabul, İmişli və Cəbrayıl rayon uşaq musiqi və incəsənət məktəbləri rəhbərlərinin iştirak etdikləri müşavirədə məktəblərdə tədris işinin təşkili, pedaqoji işçilərin peşəkarlıq səviyyəsinin yüksəldilməsi, əmək və maliyyə intizamının möhkəmləndirilməsi, bütövlükdə bədii təhsilin inkişafı məsələlərinə dair fikir mübadiləsi aparılıb. Eyni zamanda, məktəblərin direktor və direktor müavinlərinə elmi-metodiki və sənədlərlə iş sahəsində əməli kömək göstərilib.

Müşavirədə iştirakçıların çoxsaylı suallarına müvafiq cavablar verilib, bir sıra maraq doğuran məsələlər ətrafında işgüzar müzakirələr aparılıb.

Günel


Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!