24 Aprel, 2014
Bakı AVRO-2020 üçün namizədliyini göndərdi

2020-ci ildə futbol üzrə Avropa çempionatının keçirilməsi üçün AFFA tərəfindən Bakı şəhərinin namizədliyi irəli sürülüb. 

Simsar.az-ın Apasport.az saytına istinadən məlumatına görə, ötən ilin mayın 22-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Bakı şəhərinin namizədliyinin irəli sürülməsi ilə bağlı tədbirlər haqqında Sərəncam imzalayıb.

Sərəncama əsasən, Sifariş kitabının hazırlanması və bununla bağlı təşkilati işlərin görülməsi AFFA-ya həvalə olunub. Artıq AFFA tərəfindən sifariş kitabı hazırlanıb və təyin olunmuş vaxtdan əvvəl UEFA-ya təqdim olunub.

Qeyd edək ki, Avro-2020-nin oyunlarına ev sahibliyi edəcək şəhərlər bu ilin sentyabrında müəyyənləşəcək.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!