24 Aprel, 2014
Bir neçə küçədə hərəkət məhdudlaşdırılacaq

Bakının mərkəzində bir neçə küçədə hərəkət məhdudlaşdırılacaq

Nəqliyyat Nazirliyi "Azəryolservis" ASC-nin mətbuat xidmətindən Simsar.az-a verilən məlumata görə, yolun hərəkət hissəsinin üfüqi nişanlanması işlərinin aparılması ilə əlaqədar bu gün saat 22:00-dan etibarən, Neftçilər prospektində (Azneft dairəsindən "Dalğa Plaza"ya qədər), Nizami Gəncəvi və Ələddin Quliyev küçələrində nəqliyyat vasitələrinin hərəkəti qismən məhdudlaşdırılacaq.

İşlərin bu gecə başa çatdırılması planlaşdırılır.

 

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!