24 Aprel, 2014
Neft çənindəki yanğınla bağlı rəsmi açıqlama

Bakıda Dövlət Neft Şirkətinin neft çənində baş verən güclü yanğınla bağlı Fövqəladə Hallar Nazirliyi məlumat yayıb. Simsar.azın nazirliyin mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, hadisə Səbail rayonu Bayıl qəsəbəsində neft çənində qeydə alınıb.
Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühavizə Xidmətinin qüvvələri cəlb olunub.
Qeyd edək ki, hadisə ilə əlaqədar Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin mətbuat katibi Nizaməddin Quliyevin verdiyi açıqlamada bildirib ki, yanğın Mərkəzi neft yığma məntəqəsində qeydə alınıb.
“Hadisə barədə yaxın saatlarda ətraflı məlumat veriləcək. Yanğın söndürülüb. Hadisə nəticəsində xəsarət alan olmayıb”, - deyə Nizaməddin Quliyev bildirib.

Günel

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!