24 Aprel, 2014
Separatçılardan hərbi hissəyə hücum

Donetsk şəhərində separatçılar dünən gecə saatlarında Artyomovskdakı hərbi hissəyə silahlı basqın ediblər. “Axar.az” xəbər verir ki, bu barədə Ukrayna Hərbi-Siyasi Araşdırmalar Mərkəzinin rəhbəri Dmitri Tımçuk məlumat verib. “Gecə Donetsk vilayətində növbəti silahlı toqquşma baş verib. Onlarla separatçı avtomat və qumbaraatanlarla silahlanaraq Artyomovskdakı hərbi hissənin silah anbarına hücum ediblər. Ukrayna hərbçiləri onları geri çəkilməyə məcbur ediblər. Məlumata görə, yaralananlar var” deyə Tımçuk yazıb. Artyomovsk şəhər xəstəxanasının baş həkimi Valentina Blednova bildirib ki, 1 nəfər hərbi qulluqçu yaralı vəziyyətdə xəstəxanaya yerləşirilib.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!