24 Aprel, 2014
Türkiyə hərbçiləri Suriyaya daxil oldular

Türkiyə hərbi bölmələri Süleyman şah türbəsini mühafizə etmək məqsədilə Suriyaya daxil olublar. 
Simsar.az-ın verdiyi məlumata görə, bu barədə Türkiyənin "Milliyet" qəzeti yazıb.
Söhbət Türkiyə ilə sərhəddən təxminən 30 km məsafədə yerləşən Suriya ərazisindəki kiçik anklavdan gedir. Məzarlıq kompleksi Fərat çayının sahilində yerləşir.
Bu gün kompleksin ərazisini 30-a yaxın türk əsgəri qoruyur.

Qeyd edək ki, hazırda türbənin yerləşdiyi kənd "Əl-Qaidə" ilə əlaqəli olan "İraq və Levanta islam dövləti" qruplaşmasından olan yaraqlıların əlinə keçib.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!