24 Aprel, 2014
ABŞ Ərdoğanın bəyanatını alqışladı

ABŞ və Avropa Birliyi Türkiyə baş naziri Rəcəb Tayyib Ərdoğanın 1915-ci il hadisələrinə münasibətindən məmnun olub.

Simsar.az Türkiyə KİV-lərinə istinadən xəbər verir ki, ABŞ dövlət katibinin sözçüsü Jen Psaki mətbuat konfrasında bununla bağlı deyib:

“ Baş nazir Ərdoğanın ermənilərin 1915-ci ildə yaşadığı əzabları cəmiyyət önündə qəbul etməsindən məmnunuq. Bu, hadisələrin dürüst və ədalətli şəkildə qəbul ediləcəyinə müsbət işarədir...”

Avropa Birliyinin Genişləndirmə və Mehriban Qonşuluq Siyasəti üzrə komissarı Stefan Füle də Twitter yazısında Ərdoğanın bəyanatından məmnunluğunu dilə gətirib.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!