24 Aprel, 2014
Sarkisyandan ŞOK açıqlama: “Türklər düşmənimiz deyil”

Ermənistan prezidenti Serj Sarkisyan 24 aprel qondarma erməni soyqırımından danışıb. Simsar.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, Sarkisyan Türkiyənin soyqırımı inkar etdiyini, buna baxmayaraq onların ölkə əhalisini düşmən kimi görmədiklərini vurğulayıb: 

“Erməni soyqırımı Türkiyənin inkar siyasəti kimi aktualdır. Bir cinayəti inkar etmək onu davam etdirmək deməkdir. Bu cür cinayətlərin gələcəkdə də baş verməməsi üçün onu tanımaq və qınamaq mümkündür. İctimaiyyət qarşısında bunu da vurğulamaq istəyirəm ki, biz türk əhalisini düşmən hesab etmirik. Günahsız qurbanların xatirəsi önündə baş əyərkən soyqırım günlərində erməni qonşularına kömək əlini uzadan türkləri də anırıq. Həmvətənlərimizə kömək etməklə özlərini və ailələrini təhlükəyə atan türklərin xatirlərini müqəddəs sayırıq”.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!