24 Aprel, 2014
Cinayətkar dəstə həbs olundu

Bakıda polis tərəfindən oğuru dəstəsi həbs olunub.


Bakı şəhər Baş Polis İdarəsinin mətbuat xidmətindən Simsar.az-a daxil olan xəbərə görə, sabunçu RPİ 13-cü PB əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində, oğurluqda şübhəli bilinən Bakı şəhər sakinləri İlqar Məsumlu, Rizvan Tanrıverdiyev və Fərid Rəsulov tutulular. Müəyyən edilib ki, onlar fevralın 12-də Sülh küçəsində yaşayan Elvin Məhərrəmova məxsus evdən, qapının qıfılını sındırmaq yolu ilə velosiped, uşaq arabası və ərzaq məhsulları, aprelin 21-nə keçən gecə, A.Alı küçəsində yaşayan Səadət İbrahimovaya məxsus, həmin ünvanda yerləşən mağazadan 800 manat, müxtəlif çeşidli mallar oğurlayıb, aprelin 23-nə keçən gecə isə Bəsti Əliyevaya məxsus, Bakıxanov qəsəbəsi Sülh küçəsində yerləşən aptekdən oğurluğa cəhd ediblər. 

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!