24 Aprel, 2014
Əsas magistral yollardan biri bağlanacaq

Hacıqabul-Bəhramtəpə-Horadiz yolunun Saatlı rayonu ərazisindən keçən hissəsində 3 aşınma layının qoyulması ilə əlaqədar yolun 48-ci km-dən 56 km-ə qədər hissəsi bağlanacaq.


Bu barədə mətbuata Nəqliyyat Nazirliyinin “Azəryolservis” ASC-nin mətbuat xidmətinin rəhbəri Pünhan Mürsəliyev bildirib.

P. Mürsəliyevin sözlərinə görə, yolun deyilən hissəsi aprelin 25-dən 28-ə kimi bağlı qalacaq: “Magistral yolda alternativ yolu göstərən yol nişanları da qoyulacaq. Sürücülərdən alternativ yoldan istifadə etmələri xahiş olunur”(apa).

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!