24 Aprel, 2014
Əsgərimiz yaralandı

Ermənistan silahlı birləşmələrinin atəşkəsi pozması nəticəsində Azərbaycan Ordusunun əsgəri yaralanıb.

Simsar.az-ın məlumatına görə, hadisə dünən axşam saatlarında cəbhənin Füzuli istiqamətində qeydə alınıb.

Azərbaycan Ordusunun əsgəri Elnur Əli oğlu Məcidov döyüş növbətçiliyi çəkərkən düşmən gülləsinə tuş gəlib. Nəticədə güllə yarası alan əsgər hospitala yerləşdirilib.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən Simsar.az-a faktı təsdiqləyiblər.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!