24 Aprel, 2014
Nigeriya dünyadan yardım istədi

Nigeriya prezidenti Qudlak Conatanın köməkçisi beynəlxalq ictimaiyyətə müraciət edib. Simsar.az-ın məlumatına görə, prezident köməkçisi Doyin Okupe dünya ölkələrindən “Boko Haram” islamçıları ilə mübarizə aparmaq üçün yardım istəyib. 

O, buna misal olaraq keçən il Fransanın Mali hökumətinə üsyançıları dağıtmaqda yardım etməsini göstərib. Okupe qonşu dövlətlərlə sıx münasibətlərindən də danışıb. O bildirib ki, qonşı Çad, Niger və Kamerun ərazilərində də “Boko Haram” fəaliyyət göstərir.

Ölkənin digər 3 şimal ştatında fövqəladə vəziyyətin elan olunmasına baxmayaraq, Nigeriya orduları islamçıların fəaliyyətinin kökünü kəsməyə müvəffəq olmayıb.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!