23 Aprel, 2014
Ukrayna hərbçiləri rusların əlindən bir şəhəri geri aldı

Donetsk vilayətinin Svyatoqorsk şəhəri hərbi əməliyyat zamanı "qanunsuz silahlı qrup"lardan təmizlənib.

Simsar.az-ın verdiyi məlumata görə, bu haqda Ukrayna daxili işlər nazirliyi məlumat verib:

"Svyatoqorsk şəhəri separatçıların qanunsuz silahlı qruplarından təmizlənib. Əməliyatda iştirak edən Ukraynanın təhlükəsizlik və xüsusi qüvvələri arasında xəsarət alan olmayıb".

Qeyd edək ki, Svyatoqorsk şəhəri Donetsk, Luqansk və Xarkov əyalətlərinin sərhədində yerləşdiyindən strateji ərazi sayılır.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!