23 Aprel, 2014
NATO hərbi təlimlərə start verdi

NATO Baltik dənizində “maksimal döyüş vəziyyətində” adlı hərbi təlimlərə start verib.

Verilən məlumatlara görə, təlimlərdə Norveç, Hollandiya və Belçikadan olan 5 döyüş gəmisi iştirak edir.

Simsar.az-ın verdiyi məlumata görə, təlimlərə minatəmizləyən gəmilər də qatılıb. NATO nümayəndəsinin sözlərinə görə, bu təlimlər alyansın Şərqi Avropadakı müttəfiqlərinin hərbi müdafiə qabiliyyətinin artırmağa yardımçı olacaq.

Bir sıra mütəxəssislər bu təlimlərin Ukraynadakı gərginliklə bağlı olduğunu ifadə edir.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!