23 Aprel, 2014
Azərbaycanlı müğənni növbəti toya hazırlaşır - ÖZƏL - FOTO

Simsar.Az xəbər verir ki, türkiyəli iş adamı Fatih Akbudakla ailə qurub İstanbulda yaşayan müğənni Yeganə növbəti dəfə toy tədarükündədir. 

O, 3 yaşlı oğlu Ömərə sünnət toyu etmək üçün Bakıdakı restoranların birində məclis təşkil edəcək.

Əməkdaşımızın əldə etdiyi məlumata görə aprelin 28 -də baş tutacaq sünnət toyunda müğənninin qohumları ilə yanaşı, sənət dostları da iştirak edəcəklər.

Yeganə və Fatih bu xoş günlərinə Azərbaycan mediasında ailələrinə yaxın bildikləri jurnalist dostlarını da dəvət ediblər.

Şahin Cavadsoy
Simsar.az

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!