9 Mart, 2011
Qəddafinin təyyarəsi Misir səmasında

Liviya lideri ilə bağlı çaşqınlıq doğuran məlumatlar yayıldı

Yunanıstan Müdafiə Nazirliyi bu gün Liviya lideri Müəmmər Qəddafinin təyyarəsinin Yunanıstanın hava sahəsinə daxil olduğu və Misir istiqamətinə uçduğu barədə məlumat yayıb. Simsar.az-ın “France-Presse” agentliyinə istinadən verdiyi məlumata görə, Yunanıstan Müdafiə Nazirliyi bildirib ki, “Libyan Airlines” şirkətinə məxsus “Falcon 900” markalı təyyarə Kirit adasının cənub-qərbində hava məkanına daxil olub. 


“RİA Novosti” isə Yunanıstan Silahlı Qüvvələrinin Baş Qərargahına istinadən yazıb ki, söhbət “Learjet” markalı təyyarədən gedir və təyyarə Malta adası üzərində uçub. Agentlik artıq təyyarənin Qahirəyə endiyini də yazıb.


Tripolidən Qahirəyə uçan təyyarənin göyərtəsində kim olduğu barədə məlumat verilmir. “BBC” isə xəbər verir ki, bu, Müəmmər Qəddafiyə məxsus təyyarələrdən biridir.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!