23 Aprel, 2014
Zakir Həsənov Türkiyəyə səfər etdi

Azərbaycanın müdafiə naziri, general-polkovnik Zakir Həsənov Türkiyəyə səfər edib.

Simsar.az-ın məlumatına görə, nazir aprelin 22-də Türkiyəyə yola düşüb.

Aprelin 25-dək davam edəcək səfər çərçivəsində müdafiə naziri Çanaqqala döyüşünün 99-cu ildönümü münasibətilə keçiriləcək anma mərasiminə qatılacaq.

Səfər çərçivəsində müdafiə naziri Z. Həsənovun Müdafiə Nazirliyi və Türkiyə Silahlı Qüvvələrinin rəhbərliyi ilə ikitərəfli görüşləri də olacaq.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!