23 Aprel, 2014
Hacettepe Universitetinin xor qrupu Azərbaycana gəlir

Aprelin 25-də Xəzər Universitetinin “Dünya” konsert salonunda Türkiyənin Hacettepe Universitetinin 54 nəfərlik xor və saz qrupu Azərbaycan ictimaiyyəti və universitet tələbələri üçün geniş konsert proqramı təqdim edəcək.
Xəzər Universitetindən Simsar.az-a bildirilib ki, konsertə nazirliklərin, Türkiyənin Azərbaycandakı səfirliyinin nümayəndələri, ali təhsil müəssisələri rəhbərləri, türkiyəli iş adamları və digər qurumların təmsilçiləri dəvət olunublar.
Bundan əlavə, Hacettepe Universitetinin rəhbərliyi Xəzər Universitetində görüşlər də keçirəcək.

Günel

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!