23 Aprel, 2014
ABŞ Misirə 10 helikopter göndərdi

ABŞ Misirin Sina Yarımadasında terrorla mübarizəyə dəstək vermək üçün 10 hərbi helikopter göndərir. “Axar.az” xəbər verir ki, bu barədə prezident Barak Obama qərar verib. ABŞ Müdafiə naziri Çak Hagel misirli həmkarı Sidqi Sübhi ilə telefon danışığı aparıb. Hagel hərbi dəstəyin Misirin və İsrailin təhlükəsizliyinə yardımçı olacağını, bunun da ABŞ-ın milli maraqlarına cavab verdiyini vurğulayıb. Həmçinin qeyd olunub ki, ABŞ Misirin terrorla mübarizə əməliyyatlarına hörmət edir. Əldə edilən razılığa görə, ABŞ Misirə 1,3 milyard dollar məbləğində yardım edəcək.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!