23 Aprel, 2014
Zülfiyyə Xanbabayevadan pulsuz konsert

Xalq artisti Zülfiyyə Xanbabayeva dünyasını dəyişmiş şahmatçı Vüqar Həşimovun xatirəsinə həsr olunmuş konsert verəcək.

Müğənninin Simsar.az-a verdiyi məlumata görə, konsert Vüqar Həşimovun xatirəsinə həsr edilmiş “Shamkir Chess 2014” beynəlxalq şahmat turniri çərçivəsində baş tutacaq. Konsert aprelin 30-da Şəmkir Olimpiya kompleksində keçiriləcək.

Qeyd edək ki,konsertdə Gülyaz və Gülyanaq Məmmədova bacıları çıxış edəcəklər. “Məhəbbət hekayəsi” adlı rəqs tamaşasının ilk nümayişi təqdim olunacaq.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!