23 Aprel, 2014
Sürücülərə xəbər var: bal həddi 20-yə qaldırılır

Azərbaycanda inzibati cərimə tətbiq edilmədən nəqliyyat vasitələrindən istifadə hüququnun məhdudlaşdırılmasına səbəb olan il ərzində toplanan balın minimum həddi qaldırılır.

Milli Məclisdən Simsar.az-a verilən məlumata görə, bununla bağlı İnzibati Xətalar Məcəlləsinin 28.3-cü maddəsinə dəyişiklik təklif olunur.

Dəyişikliyə əsasən, məcəllənin 151.4-cü maddəsində göstərilən balla qiymətləndirilən xətaların yol verilməsinə görə sürücülər bir il ərzində 20 və daha çox bal topladıqda inzibati cərimə tətbiq edilmədən onların nəqliyyat vasitələrini idarə etmək hüququ məhdudlaşdırılır.

Hazırda bu rəqəm 12-dir.

Layihə Milli Məclisin plenar cilasına tövsiyə olunub və mayın 2-də müzakirəyə çıxarılacaq.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!