23 Aprel, 2014
Təmsilçimizin yarımfinal heyəti - SİYAHI

Aprelin 26-da Astana şəhərində Ümumdünya Boks Seriyasının (WSB) yarımfinal mərhələsinin ilk görüşü keçiriləcək.

Simsar.az xəbər verir ki, Azərbaycanın “Baku Fires” klubu səfərdə Qazaxıstanın “Astana Arlans” komandası ilə qarşılaşacaq.

Komandaların heyətləri artıq məlumdur:

“Astana Arlans” – “Baku Fires”

49 kq. Mardan Berikbayev - Xamza Nametov
56 kq. Bağdat Alimbekov - Qairbek Qermaxanov
64 kq. Janibek Ajibay - Heybətulla Hacəliyev
75 kq. Sergey Derevyançenko - Soltan Migitinov
91 kq. Vasili Levit - Abdulqadir Abdullayev

Qeyd edək ki, cari çempionatda “Baku Fires” və “Astana Arlans” qrup mərhələsində 2 dəfə üz-üzə gəliblər. Qazaxıstanda yerli komanda 4:1, Qubada isə eyni hesabla “Baku Fires” qələbə qazanmışdı.

Vüsal Məmmədzadə

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!