23 Aprel, 2014
Foqts Azərbaycan futzalından danışdı

Cümə axşamı Bakıda futzal üzrə UEFA Kubokunun Dördlər finalı start götürür

Simsar.az xəbər verir ki, yarışı millimizin baş məşqçisi Berti Foqts da izləyəcək.

Məhz Foqts fəxri qonaq qismində püşkatma zamanı “Barselona”nı təmsilçimiz “Araz”a rəqib edib. Foqtsun futzalla ciddi tanışlığı da ölkəmizə gəlişindən sonraya təsadüf edir.

“Futbolçu olduğumuz zaman biz də bəzən futzal oynayardıq. Ancaq bu idman növü Almaniyada çox da məşhur deyil. Ancaq Azərbaycan millisində baş məşqçi işləyəndən, yerli yığma və klubların futzal uğurları ilə maraqlanmağa başladım. Deyə bilərəm ki, Azərbaycan futzalı yaxşı səviyyədədir və yerli futbolu bir neçə addım qabaqlayır”, - deyə alman mütəxəssis deyib.

“Özüm də parketdə oynamışam, ancaq buna rəğmən, futzal oyununu canlı izləməmişəm. Bunu futbolla müqayisə etmək, düz olmazdı. Fəlsəfə fərqlidir. Top, yanaşma tərzi və qapıların ölçüsü də fərqlidir”, deyə Foqts fərqi qabardıb.

“Əminəm ki, yerli azarkeşlər həqiqətən də bayram ovqatı yarada biləcəklər. Bu mərhələ avropalı futzal həvəskarlarına nəinki, maraqlı yarış, həmçinin, azərbaycanlı azarkeşlərin komandasına ruh verə bildiyi məqamlarla yadda qalacaq”, deyə Foqts fikrini tamamlayıb.

(UEFA)

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!